2 İyun 2018 18:04
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyaya yeni hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində dinc insanlar həlak olub. Ölən 8 nəfərin hamısı bir ailənin üzvləridir. İnsident Əl-Həsak əyalətinin Dib-Həcac kəndində baş verib.

Qeyd edək ki, koalisiya vaxtaşırı olaraq Suriyaya hava zərbələri endirir. Suriya mətbuatı mayın 2-də zərbələr nəticəsində 25 nəfərin həlak olduğunu bildirmişdi. Koalisiya özü isə 2014-cü ildən başlayan hava əməliyyatları nəticəsində indiyədək Suriya və İraqda 892 dinc sakinin həlak olduğunu bəyan edib.


Müəllif: Səxavət