Hindistan hökuməti kosmik tədqiqatları genişləndirmək məqsədi ilə büdcədən 1,5 milyard dollar ayırmaq barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, yeni layihə Baş nazir Narendra Modi tərəfindən təsdiqlənib.
Layihə çərçivəsində ağırlığı 4 tona çatan kosmik peyklərin göndərilməsi üçün yeni mərkəz qurulacaq.
Qeyd edək ki, Hindistan bu ilin fevralında kosmosa 31 ədəd peyk göndərib.