Əfqanıstanda ötən gecə intiharçı tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 35-ə, yaralananların sayı 65-ə çatıb.
Teleqraf.com xəbər verir ki, Nanqarxar əyalətində Ramazan ayının başa çatması münasibətilə keçirlən bayram mərasimi zamanı törədilən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Qeyd edək ki, Əfqanıstan Prezidenti Əşrəf Qani Ramazan ayının başa çatması münasibətilə bir müddət öncə “Taliban”la birtərəfli qaydada atəşkəs elan etmişdi.
Atəşkəs 11-19 iyun tarixlərini əhatə etməli idi. “Taliban” hərəkatı Əfqanıstan hökuməti ardınca 3 gün ərzində atəşin dayandırılmasını bəyan etmişdi.