19 İyun 2018 12:13
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) iki gün ərzində Şimali İraqın Avaşin-Basyan bölgəsində, eləcə də Diyarbəkr və Şırnakda hava əməliyyatı nəticəsində 26 terrorçu məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu haqda TSQ-nin Baş Qərargahı məlumat yayıb:

“17-18 iyun tarixlərində Şimali İraqın Avaşin-Basyan, Diyarbəkr, Hani, Şırnak və Silopi bölgələrində həyata keçirilən hava hücumu nəticəsində silah anbarları, sığınacaqlar, ərzaq anbarı kimi istifadə edilən obyektlər sıradan çıxarılıb. 26 silahlıterrorçu məhv edilib”.


Müəllif: Cavad