19 İyun 2018 12:49
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Krımı ilhaq edən Rusiyaya qarşı sanksiyanı daha bir il uzadıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə qərarı Avropa Komissiyası verib.

Qeyd edək ki, Avropa Birliyi 2014-cü ildə Krım yarımadasında Moskva tərəfindən “keçirilən” referendumdan dərhal sonra Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq edib.

Sanksiyalara əsasən Krımda istehsal edilən malların Avropaya idxalı, Krımda Avropa yatırımları, turizm, nəqliyyat, enerji, habelə Krıma Avropadan mal və texnologiyanın tədarükü qadağan edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər