23 İyun 2018 08:02
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Minnesota ştatında çıxışı zamanı mübahisə yaranıb. Prezident ona etiraz edən şəxsi təhqir edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Minnesota ştatının Dulut şəhərindəki çıxışı iki nəfər tərəfindən boykot edilib.

Tramp tribunada danışarkən uzun saçlı kişi etirazçı prezidentlə iş adamı Ceffri Epşteynin birgə çəkilmiş fotosunu qaldırıb. Fotonun üzərində prezidentə “Cefri Epşteyn kimdir?” sualı ünvanlanıb.
Tramp etirazıçını göstərərək, “Onu çölə çıxarın. Əzizim, ananın yanına get. Kişidir, yoxsa qadın? Bilmədim. Çünki saçı mənim saçımdan uzundur. Başa düşmürəm, saçını kəsdirməlidir”, deyib.

Qeyd edək ki, iş adamı Ceffri Epşteyn 2008-ci ildə 14 yaşlı qıza pul qarşılığında cinsi əlaqədə olmaq təklifi etdiyinə görə, 13 ay azadlıqdan məhrum edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər