22 İyun 2018 23:42
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Sərhədsiz Həkimlər Təşkilatı (Medecins Sans Frontiers / MSF) Afrikada dərman və tibbi ləvazimatlara ehtiyacı olan insanları cinsi istismar etməkdə ittiham olunub.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, MSF-nin həkimləri bu qanunsuz əməllərlə ən çox Keniya, Liviya və Mərkəzi Afrika Respublikasında məşğul olublar.

Mənbə qeyd edir ki, Keniyada qadınlar dərman qarşılığında qurumun yüksək vəzifəli şəxsləri ilə cinsi əlaqəyə giriblər:

“MSF-nin Keniyadakı binasına daha çox gənc qızlar gəlirdilər. Onların köməyə ehtiyacları vardı və onlara lazım olan dərmanlar cinsi əlaqədə olduqdan sonra verilirdi. MSF-nin yüksək vəzifəli şəxsləri öz səlahiyyətlərindən sui-istifadə edib afrikalı qadınları cinsi istismar edirlər”.

Beynəlxalq qurumun bölgə üzrə yetkili şəxsləri Liviyada da qadınları öz pis əməllərinə alət ediblər:
“MSF-nin həkimləri Ebola virusundan istifadə edərək, qadınları özləri ilə cinsi əlaqədə olmağa məcbur edirdilər. Liviyada dərman qarşılığında qadınlarla cinsi əlaqədə olmaq çox asandır. Yardıma ehtiyacı olan liviyalı qadınlar Ebolaya yoluxmamaq üçün hər şeyi etməyə hazırdırlar. Daha doğrusu, bunu etməyə məcbur edilirlər”.

Mərkəzi Afrika Respublikasında isə həkimlər QİÇS-dən istifadə edərək, qadınları öz pis əməllərinin qurbanlarına çeviriblər.

Qeyd edək ki, İngiltərədə nəşr olunan “Times” qəzeti bu ilin fevral ayında MSF yetkililərini Haitidə qadınları cinsi istismara məruz qoymaqla ittiham etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu