23 İyul 2018 11:39
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli tanınmış aktrisa Nurgül Yeşilçay 2 aydır münasibətdə olduğu sevgilisi Necati Kocabay ilə dalaşıb.

Teleqraf.com “Posta”ya istinadla xəbər verir ki, cütlük Nişantaşıdakı kafelərdən birində axşam yeməyi zamanı mübahisə etməyə başlayıb. Əsəbi olan aktrisa stolun üzərindəki stəkanı yerə vurub. Sevgilisi Necati isə “Sakit ol. Bağırma, hər kəs bizə baxır” deyərək, onu sakitləşdirməyə çalışıb.

Cütlük daha sonra kafeni birlikdə tərk edib.


Müəllif: Ruslan