Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya millisində çıxışını başa vuran Məsut Özilə dəstək olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan ötən gün Məsutla danışdığını bildirib:
“Ötən gün Məsutla danışdım. Tutduğu mövqe tam milli davranışdır, gözlərindən öpürəm. Almaniya milli komandasının uğurları üçün tər tökən və onun uğurlarında rol oynayan gəncə qarşı belə irqçi, dininə görə yanaşma qəbuledilməzdir. Durumumuzu həzm edə bilmirlər”.