Yəmən Ali İnqilab Komitəsinin və qiyamçı husilərin lideri Məhəmməd Əli Husi hakimiyyətə qarşı davam etdirdikləri döyüşü dayandırmağa hazır olduqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu addımı Qırmızı dəniz hövzəsində sülhün bərqərar olması məqsədi ilə ata biləcəklərini deyib.
Husi qarşı tərəflər anlaşmaya hazır olduqlarına da diqqət çəkib:
“Əgər biz bu addımımıza hökumət qüvvələri və Ərəb Koalisiyası da dəstək verəcəklərsə, istənilən mövzuda razılaşa bilərik”.
Qeyd edək ki, 5 ilə yaxındır Yəməndə hakimiyyət qüvvələri və qiyamçı husilər arasında müharibə davam edir.