3 Avqust 2018 10:02
2 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapurda Türkiyə və ABŞ xarici işlər nazirləri arasında keçirilən 45 dəqiqəlik görüşlə bağlı ABŞ-dan ilk açıqlama verilib.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentindən görüşlə bağlı verilən ilkin açıqlamada “Sanksiyalar nə dərəcədə ciddi olduğumuzu göstərir”- ifadəsi yer alıb.

Açıqlamada əlavə olunub ki, iki ölkə arasında problemləri həll etmək üçün birlikdə işləmək üçün razılaşma əldə edilib.

***

09:31

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sinqapurda baş tutan görüş 45 dəqiqə çəkib.

Hələlik görüşdə müzakirə edilən məsələlər, tərəflərin hansı məqamlarda razılığa gəlməsi haqda informasiya yoxdur.

Qeyd edək ki, ABŞ Türkiyədə həbsdə olan keşiş Bransona görə bu ölkənin Daxili İşlər və Ədliyyə nazirlərinə sanksiya tətbiq edib.


Müəllif: Cavad

Oxşar xəbərlər