4 Avqust 2018 21:14
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Türkiyə münasibətlərində müxtəlif vaxtlarda sərt dəyişmələr olub. Onlardan ən vacibi tarixə “Consonun məktubu” adı ilə düşən 1964-cü il hadisəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

O qeyd edib ki, 1964-cü ildə Türkiyənin Kiprdə baş verən hadisələrə müdaxiləsini əngəlləmək üçün ABŞ Prezidenti Lindon Conson Türkiyənin Baş naziri İsmət İnönüyə çox sərt bir məktub yazır:

“Məktubda Türkiyə hədələnir, Sovet İttifaqı ilə qorxudulur və NATO-nun onu müdafiə etməyəcəyi bildirilir. Məktubun nəticəsi olaraq Türkiyə əməliyyatı təxirə salır. 10 ildən sonra – 1974-cü ildə keçirir. Amma Baş nazir İnönü ABŞ-a tarixi bir cavab verir: “Yeni bir dünya qurulur. Türkiyə də bu dünyada yerini almaqdadır”.

Bu hadisədən sonra Türkiyə Sovet İttifaqı ilə yaxınlaşmağa başlayır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər