Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Almaniyanın Ankaradakı səfiri Eberhard Polu Almaniya xüsusi xidmət orqanlarının Türkiyədə casusluq fəaliyyəti ilə bağlı izahat verməyə çağırıb.
XİN-in bəyanatında deyilir ki, Almaniya mövcud məsələ üzrə tam ciddi izahat verməlidir.
Qeyd edilir ki, bu, dost və müttəfiq dövlətlərin münasibətlərində tamamilə qəbuledilməzdir: "Ölkələr arasında qarşılıqlı etimad və hörmət olmalıdır".
Xatırladaq ki, Almaniya Federal Kəşfiyyat Xidmətinin Türkiyədə casusluq fəaliyyəti haqqında məlumat avqustin 16-da "Şpigel" nəşrində yayımlanıb. Jurnalın xəbərinə əsasən, Federal Kəşfiyyat Xidməti 2009-cu ildən kəşfiyyat fəaliyyəti aparacağı ölkələrin siyahısını almışdı. Siyahıda Türkiyənin də adı var idi.
/trend/