Türkiyənin Batman vilayətinə bağlı Sasun bölgəsinin Marut dağının zirvəzində yerləşən erməni kilsəsinin təmirinə başlanılıb.
Ermənilərin “Surb Astvasasin” adlandırdığı kilsənin təmiri üçün İstanbuldan mütəxəssislər gəlib.
Sasun erməniləri dərnəyinin başçısı Aziz Dağcı bildirib ki, kilsə 2015-ci ilin iyul ayına öz işini bərpa edəcək.
Erməni millətçiləri üçün Sasunun önəmi var. Ərəblərlə müharibə aparmış Sasunlu David də bu vilayətdəndir. Sovet illərində ermənilər onun qəhrəmanlığı barədə dastan uydurdular
.
Qərbi Azərbaycanda müsəlman soyqırımı törətmiş erməni cəllad Andranik Ozanyan da sasunludur.
/anspress/