11 Avqust 2018 01:42
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ABŞ-ın sanksiyalar vasitəsi ilə göstərdiyi təzyiqi cavabsız qoymayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Amerika hokumətinin qərarı Ümumdünya Ticarət Təşkilatının qaydalarına ziddir.

“ABŞ anlamalıdır ki, bu cür sanksiyalar və təzyiqlə heç nə qazana bilməyəcək. Bu hərəkətlər yalnız ağır sınaqlardan keçmiş müttəfiq münasibətlərimizə ziyan vuracaq”, - bəyanatda deyilir.

XİN vurğulayır ki, Ankara həmişə problemlərin diplomatiya, xoş məram və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olub.


Müəllif: Teleqraf.com