ABŞ-ın Kaliforniya ştatında kiçik motorlu təyyarə məcburən avtomobil yoluna eniş edib.
Teleqraf.com xəbər verir ki, San Leandro şəhər yoluna eniş edən təyyarənin pilotu və iki sərnişin xəsarət almayıb.
Lakin təyyarənin enişindən sonra şəhərlərarası yol saatlarla bağlı qalıb, təyyarə gecə saatlarında yoldan götürülüb.