13 Avqust 2018 11:41
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ankaraya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Rusiya baş diplomatının Türkiyə səfəri və müzakirə edəcəyi məsələlər artıq mətbuata açıqlanıb.

Lavrovun 13-14 avqust tarixlərində Ankarada əsasən, Suriya zirvə görüşü ilə bağlı müzakirələr aparacaq.

Səfər zamanı Mövlud Çavuşoğlu ilə görüşəcək Lavrov əsas diqqətini Fransa, Türkiyə, Almaniya və Rusiyanın iştirakı ilə Suriya zirvə görüşünün təşkili, görüş zamanı müzakirə olunacaq məsələlərə yönəldəcək.


Müəllif: Cavad