Ağ evin sözçüsü Sara Sanders Ankarada barəsində cinayət işi açılmış rahib Bransonun sərbəst buraxılması qarşılığında ABŞ-ın Türkiyə ilə bağlı qərarları gözdən keçirə biləcəyini açıqlayıb:
"Hazıda polad və alüminum vergisi Rahibin sərbəst buraxılması qarşılığında ləğv edilə bilməz. Çünki bunlar milli təhlükəsizliklə bağlıdır. Amma Branson və digər şəxslərlə bağlı Türkiyəyə tətbiq edilən sanksiyalara yenidən baxa bilərik".
Sanders ABŞ polad və alüminum idxalına tətbiq etdiyi vergini milli təhlükəsizliklə bağlasa da, Türkiyənin ABŞ məhsullarına şamil etdiyi vergiləri "cəza" kimi qiymətləndirib.
"Türkiyənin cəza qərarını dəstəkləmirik. Bu, yanlış istiqamətdə atlılmış qərardır", deyə Ağ evin sözçüsü bildirib.