Ermənistanda Nikol Paşinyan hökuməti dövlət qurumlarının əməkdaşlarına qarşı senzura tətbiq edir.
Bu barədə “Qraparak” qəzeti yazıb.
Qəzet yazır ki, dövlət qurumlarının sosial şəbəkələrdə fəallıq nümayiş etdirən əməkdaşları sərt şəkildə cəzalandırılır.
“Onları izləyirlər və hökumətin, yaxud Paşinyanın əleyhinə xırda fikirlərə görə belə sərt şəkildə cəzalandırırlar. Bu günlərdə maliyyə nazirinin müavinlərindən biri öz tabeçiliyindəki şöbələrdən birinin rəhbərini yanına dəvət edib. Həmin şəxs sosial şəbəkələrdə yeni hökuməti tənqid edən şərhləri bəyənirmiş. Məlum olub ki, onun sosial şəbəkəsi “yuxarılar” tərəfindən izlənilir. Nazir müavini şöbə müdirini xəbərdarlıq edib ki, bu işə son qoysun, yoxsa onu işdən qovacaqlar. Məlumatlara görə, yeni hökumət sosial şəbəkəni ciddi şəkildə izləyir”, - deyə qəzet qeyd edib.