3 Sentyabr 2018 17:39
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanda on il əvvəl baş vermiş hadisələrə görə başlayan həbslərdən narahatdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

Lakin Lavrov baş verənləri Ermənistanın daxili işi kimi qəbul etdiyini də bildirib:

“Bu, Ermənistanın daxili işidir, amma problem varsa, qanunvericiliyə əsasən həll edilməlidir”.

Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvan şəhərində keçirilmiş dinc aksiyalarda baş vermiş qırğına görə cinayət işi açılıb. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu hadisələrdə iştiraka görə həbs edilsə də, bir müddət əvvəl sərbəst buraxılıb.

Köçəryanla yanaşı, 20 nəfərə yaxın şəxs müxtəlif ittihamlarla həbs olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər