8 Sentyabr 2018 09:34
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya araşdırması çərçivəsində Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə verdiyi üçün ABŞ Prezidenti Donald Trampın sabiq sözçüsü Georgi Papadopoulos həbs edilib.

Teleqraf.com xəbər verir ki, sabiq sözçüyə 14 gün həbs cəzası verilib.

ABŞ mediasının bildirdiyinə görə, Georgi Papadopoulos “Rusiya işi” çərçivəsində həbs edilən yeganə şəxsdir.

Qeyd edək ki, 2017-ci ildə Rusiya rəsmçiləri ilə mövcud olan əlaqələr mövzusunda danışdırılan Georgi Papadopoulos FTB-yə yalan söyləyib. Sonradan o, yalanını etiraf edib.


Müəllif: Cavad

Oxşar xəbərlər