9 Sentyabr 2018 12:08
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Baş naziri Sindzo Abe 6,7 bal gücündə zəlzələnin baş verdiyi və azı 37 nəfərin həlak olduğu ölkənin şimal hissəsində yerləşən Hokkaydo adasına səfər edib.

Teleqraf.com “Kiodo” agentliyi və NHK telekanalına istinadən xəbər verir ki, o, Sapporo şəhərinin Kiota rayonunda olub, həmçinin vertolyotla güclü torpaq sürüşməsinin baş verdiyi Akasima regionuna baxıb.

Baş nazir zərərçəkmişlərin təxliyə edildiyi iki evakuasiya mərkəzinə də baş çəkib.

Qeyd edək ki, Hokkaydo adasında bir neçə gün öncə gecə yarısı baş vermiş zəlzələnin gücü Atsuma məntəqəsində 7 bala çatıb. Həmçinin, güclü torpaq sürüşməsi baş verib. Son iki sutka ərzində bölgədə 125 təkan qeydə alınıb.


Müəllif: Səxavət