Türkiyənin Koceli şəhərində soyğunçular 20 ton dəmir metal daşıyan yük maşınını qarət ediblər.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, polis forması geyən qarətçilər sürücünün əl-qolunu bağlayıblar.
Bundan sonra isə Ermənistandan Hollandiyaya daşınan dəmir metalları qarət ediblər.
Təhlükəsizlik kameralarına anbaan qeyd olunan görüntülərə baxdıqdan sonra Koceli polisi bir neçə nəfəri saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, yük maşınını soyan şəxslər Gürcüstan vətəndaşlarıdır.
Soyğunçular mal sahibinə 3 milyon dollara yaxın ziyan vurublar.