ABŞ-ın Kaliforniya ştatının federal məhkəməsi ABŞ hökumətinin Haiti, Nikaraqua, Sudan və Salvadordan gələn miqrantlara tətbiq edilən “Keçici müdafiə statusu”nu dair qərarının icrasını dayandırıb.
Teleqraf.com xəbər verir ki, federal məhkəmə adı çəkilən ölkələrdən gələn mühacirlərin “Keçici müdafiə statusu”nu ləğv etmək qərarını müvəqqəti dayandırıb.
Hakim Chen məhkəmə prosesinin davam etdiyini və hökumətin bu ölkələrə qarşı ayrıseçkilik etdiyinə dair iddiaları əsas götürərək 240 min miqrantın ABŞ-dan deportasiya edilməsinə səbəb olacaq qərarı qüvvədən salıb.