7 Oktyabr 2018 16:07
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 25-də Norveçdə başlayacaq NATO-nun “Trident Junkture 2018” hərbi təlimlərinə qatılacaq ölkələrin əsgər və zirehli texnikasının hərəkəti Danimarka və İsveçin nəqliyyat sistemini iflic edib.

Teleqraf.com xəbər verir ki, Norveçdə keçiriləcək hərbi təlimlərdə NATO-nun 31 ölkəsi iştirak edəcək.

Təlimlərə 45 min hərbçi, 150 təyyarə, 60 döyüş gəmisi, 10 mindən çox zirehli avtomobil və texnika qatılacaq.

Məhz bu sayda texnikanın Danimarka və İsveçdən Norveç istiqamətində keçidi yollarda tıxacların yaranmasına səbəb olub.


Müəllif: Cavad

Oxşar xəbərlər