Bu dəqiqdir, sən də bilirsən, Belarus suveren və müstəqil ölkədir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Belarusa təyin edilmiş yeni səfiri Mixail Babiçi qəbul edən Prezident Aleksandr Lukaşenko deyib.
Belarus prezidenti ölkəsinin Rusiyaya birləşdirilməsi ehtimalından danışıb:
“Sözün açığını desəm, xalqımızın istəyi ilə müstəqil ölkə olduq. Rusiyanın həmin dönəm rəhbərliyi isə bunun əksini fikirləşirdi, Rusiyanın hegemoniyasını qorumağa çalışırdı.
İyirmi birinci əsrdə Belarusun Rusiyaya birləşdiriləcəyindən danışmaq məni güldürür. Bu haqda yazırlar. Lakin bunu Rusiyanın hazırkı prezidentindən eşitməmişəm”.
Qeyd edək ki, son günlərdə Rusiya KİV-də Belarusun Rusiyaya birləşdiriləcəyi ilə bağlı silsilə məlumatlar yayılır.