18 Oktyabr 2018 10:53
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Azərbaycanın işğal atlındakı ərazilərinə səfərlərini normal sayır. Bu mənada Rusiya XİN-dən yayılan belə bir açıqlama diqqəti cəlb edir: “Prinsip etibarilə hesab edirik ki, bu cür tədbirlərin uğur qazanması üçün münaqişə tərəflərinin anlayışı və dəstəyi vacibdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Bu səfərə Azərbaycan tərəfinin razılıq vermədiyini deyən politoloq bildirib ki, Rusiyanın qadın ictimai xadimləri və deputatı Ermənistan üzərindən Dağlıq Qarabağa gəliblər:

“Həmin Rusiya vətəndaşları bilməli idilər ki, bu halda Azərbaycan XİN onları persona non-qrata elan edəcək.

Azərbaycan XİN Rusiya XİN-nin məsələyə münasibətinə tənqidi reaksiya verib. Dağlıq Qarabağa gedənlər arasında Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurova da olub. Bu o deməkdir ki, Rusiyada separatizmə dəstək yüksək səviyyədə təşkil olunub.

Svetlana Jurova bilsəydi ki, Duma rəhbərliyi və bütövlükdə hakimiyyət dairələri onun separatçı bölgəyə səfərinə mənfi yanaşacaq, Dağlıq Qarabağa getməzdi. Rusiya XİN-nin “məsələyə reaksiyasi” onu göstərir ki, elə bu qurum da Svetlana Jurovaya işğalçı bölgəyə səfər üçün yaşıl işıq yandırıb. Azərbaycan bu ölkənin hərbi blokunamı üzv olmalı idi?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər