21 Oktyabr 2018 19:15
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Rustavi şəhərində baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb. Onlardan 5-i azyaşlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, Rustavi şəhəri 19-cu mikrorayon ünvanında qaynaq aparılan sexlərin birində oksigen balonu partlayıb. Nəticədə 5-i uşaq olmaqla 12 nəfər yaralanıb, ətrafdakı binalara, ictimai-iaşə obyektlərinə xeyli ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com