23 Oktyabr 2018 18:28
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan üçün yeni Qarabağ müharibəsi arzuolunmaz seçimdir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Verxoturov deyib.

Politoloq Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair sərt bəyanatlarına da toxunub:

“Hesab edirəm ki, Paşinyanın Qarabağ münaqişəsinə dair səsləndirdiyi sərt fikirlər hoqqabazlıqdan başqa bir şey deyil. Çünki müharibəyə başlamaq üçün Ermənistanın iqtisasdi imkanları kifayət qədər aşağıdır. Digər yandan, Moskvanın mövqeyi də Ermənistan hakimiyyəti üçün əsasdır”.

Verxoturov növbəti müharibənin münaqişənin çözümündə həlledici rol oynaya biləcəyini istisna etməyib: “Belə bir müharibə Qarabağın taleyinə aydınlıq gətirə bilər. Lakin əminəm ki, danışıqlar prosesinin dayandırılması müharibəyə gətirib çıxarmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu