Azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karelin xəstəliyə tutulub.
Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktyor hansı xəstəlikdən əziyyət çəkdiyini deməyib:
"Həqiqətən çətin bir dövrdən keçdim və hələ də keçirəm. Yaşadıqlarımı heç vaxt gündəmə gətirmək istəmədim. Amma bu qədər narahat olduğunuz üçün ilk və sonuncu dəfə danışacağam. Hər kəsin bu həyatla bağlı bir savaşı var. Bu savaş doğulduğumuz gündən başlayır və ölənə qədər davam edir.
2 ildir karyerama və şəxsi həyatıma Amerikada davam edirəm. İnsanın öz ölkəsindən, sevənlərindən, mədəniyyətindən ayrı qalması asan deyil. Yorulmuşdum, bədənim də yorulmuşdu. Çox dərinə getməyəcəm. İndi hər şey daha yaxşıdır. Həyat bizə Allah tərəfindən verilmiş bir hədiyyədir.
Hər gün şükr edərək sağlamlığımızın qiymətini bilib yaşamalı və ətrafdakılarımızı yaşatmalıyıq".
Qeyd edək ki, 2 il öncə Amerikaya köçən Tolqa 2016-cı ildə Sarah Skotti ilə ailə qurub. Cütlüyün bu nikahdan Mia adlı qızı var. Aktyor daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə evli olub. Onların Cihangir adlı bir oğlu var.