Türkiyədə Nazirlər Kabineti Əl-Qaidə ilə əlaqəli bilinən altı nəfərin mülkünə həbs qoyub.
Axar.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən adları elan olunan şəxslərin Türkiyə tərəfindən də mülklərinə həbs qoyulması bu gün Nazirlər Kabineti tərəfindən təsdiq olunub.
Qərara görə, Səudiyyə Ərəbistanı vətəndaşlarından Əbdülrəhman Məhəmməd Zərif Al Dabidi Al Cahani və Əbdül Muhsin Abdullah İbrahim Al Çareh, İraq vətəndaşı Əbu Məhəmməd Əl Adnani, Küveyt vətəndaşları Həccac Min Fəhd əl Əcmi və Həmid əl Əli, Əlcəzair vətəndaşı Səid Arif adlı şəxslərin mülkləri dondurularaq "Əl-Qaidə ilə əlaqəli" elan olunacaqlar.