12 Noyabr 2018 22:13
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarından başlayaraq İsrail ordusuna məxsus qırıcılar Qəzza zolağını bombalamağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Qeyd olunur ki, bu, fələstinlilərin İsrail ərazisini atəşə tutmasına cavabdır.

Bildirilir ki, Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb.

Raketlərdən 60-ı "Dəmir günbəz" hava hücumundan müdafiə sistemləri ilə vurulub.

Qeyd edilir ki, raketlərdən biri ölkənin cənubunda avtobusa dəyib, bir nəfər ağır yaralanıb.


Müəllif: Teleqraf.com