26 Noyabr 2018 07:05
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədə 60 günlük hərbi vəziyyət rejimi tətbiq etməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildiri

A.Turçinov deyib: "Milli Təhlükəsizlik və Müdafiə Şurası 60 günlük hərbi vəziyyət rejimi tətbiq etməyi təklif edir".

Ukrayna prezidenti Petro Poroşenko öz növbəsində Yuxarı radanın deputatlarını parlamentin növbədənkənar iclasına gəlib Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərar layihəsinə səs verməyə çağırıb.

Ukraynanın Milli Təhlükəsizlik Şurasının sədri Aleksandr Turçinovun sözlərinə görə, Rusiya hərbçilərinin Ukraynanın Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktından başqa heç nə deyil.

Daha əvvəl Ukraynanın Hərbi Dəniz Qüvvələrləri Rusiyanı gəmi qrupuna atəş açmaqda ittiham edib.


Müəllif: Teleqraf.com