6 Dekabr 2018 15:00
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda növbədənkənar parlament seçkilərinə qatılan siyasi qüvvələr kampaniya təşkil etmədilər.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə erməni politoloq Armen Badalyan çıxış edib.

Ekspert seçkilərdə iştirak edəcək siyasi qüvvələrin səs almaq üçün rüşvət verdiklərini bildirib:

“Heç bir siyasi qüvvə kampaniya təşkil etmədi. Rüşvət verməklə keçirilən seçkilərin nəticəsi nə olacaq? Bu məsələ artıq cinayətkar-oliqarx sistemi tərəfindən həll edilib. Siyasi qüvvələr seçiciləri öz tərəflərinə pulları hesabına çəkməyə çalışırlar, buna görə də, seçki atmosferi gərgin deyil və qüvvələr arasında rəqabət hiss olunmur”.

Armen Badalyan seçkilərə qatılan əsas siyasi qüvvələr arasındakı mübarizənin “söz duel”indən o tərəfə keçmədiyini deyib:

“İki qüvvə “söz dueli”nə, belə desək, “seçki kampaniyası”na qatılıb – keçmiş müdafiə naziri Vigen Sərkisyanın təmsil etdiyi Respublikaçı Partiyası və Nikol Paşinyanın “Mənim Addımım” bloku... Digər qüvvələr isə bu “söz dueli”ni kənardan izləyirlər”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər