7 Dekabr 2018 15:07
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar Ermənistanın işğal olunmuş əraziləri boşaltmasından ibarət olmalıdır. Göründüyü kimi, belə bir bəyanatın verilməməsi yalnız ikili standartın təzahürüdür.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertə görə, işğal olunmuş ərazilər qaytarılmalı, mövcud status-kvo davam etdirilməməlidir:

“İndiki məqamda bu mövqe rəsmi Vaşinqtonun regionda artan maraqlarından irəli gəlir. Fransa və Rusiya isə münaqişənin idarə olunmasında maraqlıdır.

Milanda keçirilən görüşə gəldikdə isə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə danışıqların detalları barədə ətraflı məlumat verilməsə də, növbəti görüşün keçirilməsi razılaşdırılıb. Hər iki tərəf bu görüşdən razı qaldığını qeyd edib.

Lakin danışıqların hansı formatda davam etdiriləcəyi barədə məlumat verilməlidir. Danışıqlar “Kazan fomulu”, yaxud “Yenilənmiş Madrid prinsipləri” üzərində olacaq?”.

Rəsmi Bakının münaqişənin həllində mərhələli həll planını önə çəkdiyini deyən politoloq qeyd edib ki, Ermənistan tərəfi isə bununla bağlı ziddiyyətli fikirlər səsləndirir:

“Hələ ki, Ermənistanın konkret olaraq hansı mövqedə dayandığı məlum deyil.

Onu da əlavə edim ki, Milan görüşündə Rusiya Xarici işlər naziri Sergey Lavrov da iştirak edib. Hesab edirəm ki, onun Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi Ermənistanın indiki hakmiyyətinin mövqeyindən də sərtdir.

Əgər rəsmi İrəvan işğal olunmuş ərazilərlə bağlı kompromisə gələcəksə, Sergey Lavrov bunun qarşısını alacaq. Əgər ortada Lavrov faktoru varsa, Ermənistan tərəfindən pozitiv addımların atılacağını gözləməməliyik”.

Məhəmməd Əsədullazadənin qənaətinə görə, regionda dəyişən şərtlər çərçivəsində ABŞ Ermənistan rəhbərliyindən parlament seçkilərindən sonra işğal olunmuş ərazilərlə bağlı konkret addım atmağı tələb edəcək:

“Çünki Qarabağ münaqişəsi artıq ABŞ-ın regionda maraqlarına ciddi əngəl yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər