Rusiyanın Samara vilayətinin Poxvistnevo şəhərində bir gənc qız naməlum şəxs tərəfindən zorlanıb.
Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, sifəti yaralı vəziyyətdə, huşunu itirmiş qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Təcavüzə məruz qalmış qız həkimlər tərəfindən dərhal əməliyyat olunub.
Xəstəxanadan çıxdıqdan sonar hələ də özünə gələ bilməyən zərərçəkmişin ciddi psixoloji problemlər yaşadığı bildirilir.
Yerli sakinlər əvvəllər də həmin ərazidə iki naməlum şəxs tərəfindən analoji hadisənin törədildiyini deyiblər.