Rusiya Ukraynanın Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsini bağlayacağı halda 100 milyard rubl pul itirəcəyini açıqlayıb.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, Vladimir Putin Gömrük İttifaqı liderlərinin Minsk görüşündə bildirib ki, rəsmi Kiyevin Avropa İttifaqı standartlarına keçməsi zamanı Ukrayna yaxın 10 ildə 165 milyard avro pul itirəcək. O, bildirib ki, Ukrayna ilə yanaşı Rusiya da itirəcək:
“Bizim də bir çox sənaye sahələrimiz zərbə altında qalacaq. Təsərrüfat və məşğulluq templərimiz azalacaq. Qazaxıstan və Belarus da itkilərlə üzləşəcək”-deyə Putin əlavə edib. Rusiya prezidenti hesab edir ki, Ukraynanın Gömrük İttifaqı ilə münasibətlərdə qalması qarşılıqlı faydalı olacaq. Ancaq bunun Avropa Birliyi ilə assosiativ üzvlük halında mümkünsüz olacağını xatırladıb.
Sonda Putin rəsmi Brüssel və Kiyev arasında qarşılıqlı razılaşmanın olacağı halda Rusiyanın cavab addımları atacağını bəyan edib.
Onun sözlərinə görə ölkəsi Ukrayna məhsullarının idxalı üçün nəzərdə tutulan imtiyazların ləğv olacağı xəbərdarlığını edib.