Suriya prezidenti Bəşər Əsəd yeni Nazirlər Kabinetini təsdiqləyib.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, üçüncü dəfə prezident seçilən Bəşər Əsəd baş nazir Vail əl-Əxlaqinin başçılığı ilə yeni Nazirlər Kabinetini təsdiqləyib. “İnzibati inkişaf” adı altında yaradılan yeni nazirliyə isə prezident seçkilərinə namizədliyini vermiş Həsən ən-Nuri gətirilib.
Qeyd edək ki, vətəndaş müharibəsinin davam etdiyi Suriyada iyunun 3-də keçirilmiş prezident seçkilərində 88,7 % səslə Bəşər Əsəd üçüncü dəfə rəhbərliyə gəldi. O, avqustun 10-da baş nazir Vail əl-Əxlaqini yeni höküməti qurmaqla görəvləndirmişdi.