16 Yanvar 2019 10:39
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani məhkəmə iclası bitdikdən sonra mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, fəal çağırışa əmələ edərək Təbriz İnqilab Məhkəməsinə müraciət edib.

O, məhkəməyə özünümüdafiə mətnini Azərbaycan türkcəsində təqdim edib.

Məhkəmə iclası bitdikdən sonra isə mülki geyimli şəxslər Abbas Lisaninin məhkəmə binasından çıxmasına mane olaraq onu saxlayıblar.

Hal şahidləri fəalın prokurorluğa aparıldığını bildirblər. Lakin onun hansı səbəbdən saxlanıldığı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Abbas Lisani yanvarın 5-də saxlanıldıqdan sonra 10 aylıq həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına aparılmışdı. Lakin sonra məhkəmə qərarı dəyişərək, həbs hökmünün icrasını dayandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu