Suriyada kiçik bir qəsəbədə sıxılıb qalmış İŞİD terror təşkilatı İdlib və Türkiyəyə qarşı hücuma hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Demokratik Suriya Qüvvələrinin (DSQ) komandanlığı məlumat yayıb.
Məlumata görə, terror təşkilatı artıq hər iki bölgədə yerləşəcəyi əraziləri də müəyyən edib. Buna səbəb PKK terror təşkilatına bağlı DSQ-nin İŞİD-in son sığınacaq yeri olan Baqoz qəsəbəsini ələ keçirmək istəyidir.
Qeyd edək ki, İŞİD bundan əvvəl də İdlib və Türkiyə ərazilərinə keçməyə cəhd etmişdi.