Türkiyənin Adana şəhərində boşanmaq istəyən qadın ərinin iş yerini yandırmağa cəhd edib.
Teleqraf.com xəbər verir ki, hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
İddiaya görə, 9 il əvvəl ailə quran və 3 övladı olan Nurşənin iş adamı olan həyat yoldaşı Səfa B. ilə münasibətləri gərginləşib. Bir müddət dava-dalaşa çevrilən gərgin münasibətlər qadını boşanmaq məcburiyyətində qoyub.
Lakin həyat yoldaşına öz əmlakından heç nə vermək istəməyən Səfa B. qadından boşanmaq istəmir.
Aralarındakı son mübahisədə isə Nurşən iş adamı olan həyat yoldaşını bütün əmlakını əlindən alacağı ilə hədələyib. Bundan sonra ərinin iş yerinə gedən qadın benzin tökərək oranı yandırmağa cəhd edib.
Lakin iş yerinin əməkdaşları buna imkan verməyiblər.
Hadisənin video-görüntüsünü təqdim edirik: