2 Fevral 2019 10:30
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ilk prezidenti Boris Yeltsinin doğulduğu evin sahibi evdən odun kimi istifadə etməyə qərar verib.

"Sputnik" xəbər verir ki, Sverdlovsk əyalətinin Basmanovsk qəsəbə şurasına evin sahibi məktub yazaraq bildirib ki daşınmaz əmlak ona lazım deyil və o evi bərpa etməyəcək. Evin sahibi yerli sakinlərə evin divarlarından odun kimi istifadə etməyi təklif edib.

Xatırladaq ki, Yeltsinin doğulduğu ev bir il öncə yansa da, evin divarları qalıbmış. Evin sahibləri yanğın zamanı Tumendə olublar.

Hesab edilir ki, Rusiyanın ilk prezidenti Butka kəndində doğulub. Amma bu belə deyil. Boris Yeltsin 1931-ci ildə fevarlın 1-də Basmanovskda dünyaya gəlib. Butkaya isə onun valideynləri Yeltsin bir neçə aylıq olduğu zaman köçüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər