Malayziya kəşfiyyat idarəsinin əməkdaşlarının məlumatına görə, 30 yaşlarında 3 malayziyalı qadın, İSİD-ə rəğbət bəslədiklərindən seks cihadına qatılmaq üçün Türkiyə üzərindən İraqa keçiblər.
Məlumatda deyilir ki, İSİD-ə dəstək məqsədilə Suriya və İraqa keçən qadınların sayı çoxalır. Və bunun üçün tranzit ölkə kimi Türkiyə istifadə olunur. Indiyə qədər 50 malaziyalı qadın terrorçulara seks xidməti göstərmək üçün sərhəddi keçib.
Maraqlıdır ki, yalnız Malaziyadan deyil, Avstraliya və İngiltərədən olan qadınlar da seks cihadına qoşulub. Ümumilikdə bu günə qədər 600 nəfərdən çox İngiltərə vətəndaşının İŞİD-də qoşulduğu bildirilir.
Ülkər