ABŞ Konqresinin üzvü Bobbi Raş tərəfindən Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar rəsmi bəyanat yayılıb.
Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Konqresmen bəyanatda Xocalı faciəsinin ABŞ-da anılmasının dünya xalqları arasında anlaşma, əlaqələndirmə və dözümlülüyü daha da artıracağına ümid ifadə edib.
İllinoys ştatını ABŞ Senatında təmsil edən Temmi Dakuors tərəfindən isə Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə məktub ünvanlanıb.
Senator məktubda Xocalı faciəsinin xatirəsinin anılması üçün mərkəzə minnətdarlıq ifadə edib.
Daha yaxşı gələcəyin qurulması üçün tarixi faktların tanınmasının vacibliyini qeyd edən senator bu kimi halların təkrarlanmaması üçün birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.