20 Fevral 2019 11:07
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla birgə layihə məsələsində Ermənistan növbəti dəfə aldadılıb. Bu dəfə skandal İran tərəfindən irəli sürülmüş Azad İqtisadi Zona (AİZ) məsələsi ətrafında yaranıb. İki ölkə arasında neft boru kəməri və dəmir yolu xəttinin çəkilməsi layihəsi kimi AİZ proyekti də iflasa uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən “EADaily” saytı məlumat verib.

Sayt qeyd edir ki, keçmiş Prezident Serj Sərkisyan və spiker Ovik Abramyanın da müəllifi olduğu layihənin iflasa uğramasının əsas səbəbi korrupsiyadır:

“2014-cü ildə məlum oldu ki, keçmiş yetkililər Ermənistan-İran sərhədlərində qurulacaq AİZ planını saxta sənədlər üzərində rəsmiləşdirdi. Keçmiş hakimiyyət bundan istifadə edərək, dövlətə məxsus milyardlarla dollar həcmində pulları mənimsədi. 5 il əvvəl bu məsələyə dair ələ keçirilmiş sənədlər də gizlədildi.

Hər şey korrupsiya planı üzərində bərqərar oldu. Bütün planlar xəyali idi: xəyali büdcə kəsiri, xəyali investorlar, xəyali iştirakçılar, xəyali hərrac… Bu məqsədlə guya İranla sərhədlərdə iş adamlarına hektarla ərazilər satıldı. Əslində belə bir satış olmamışdı. Keçmiş hakimiyyət bununla dövlətə ciddi maddi zərər vurdu. Reallıqda isə AİZ üçün nəzərdə tutulmuş ərazilər hakimiyyətdə olan şəxslərin qohumlarına satılmışdı”.

“EADaily” bildirib ki, faktlar ortaya çıxdıqdan sonra keçmiş hakimiyyət bu biabırçılığını gizlətmək üçün saxta istintaq başladıb:

“Lakin bura qədər proyektin PR kampaniyası cəlbedici idi. Ermənistanla yanaşı Rusiya, Gürcüstan və İran mediasında layihə haqda geniş yazılar dərc edilmişdi. İlkin mərhələdə proyektə 100-150 milyon dollar həcmində investisiyanın yatırılacağı planlaşdırılırdı. Ermənistan isə bu layihənin ilkin mərhələsində 250 milyon dollar qazanacaqdı. Lakin sonradan heç kəsdən səs çıxmadı. Ermənistan hakimiyyəti isə xəyali proyekti diriltmək yerinə öz biabırçılığını gizlətməyə çalışdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər