Çankaya Köşkündəki inauqurasiya mərasimi və yeni hökumətinin açıqlanmasının ardından gözlər 30 Avqust Zəfər Bayramı mərasimlərinə yönəlib.
Mavzoleydə başlayacaq və gün boyu davam edəcək tədbirlərə prezident RəcəbTayyib Ərdoğan Baş Komandan kimi sədrlik edəcək. Mərasimdə baş nazir Əhməd Davudoğlu ilə bərabər yeni hökumətin üzvləri də iştirak edəcəklər. İlk olaraq TBMM Sədri Cəmil Çiçək, Konstitusiya Məhkəməsinin Sədri Haşim Kılıc, CHP Sədri Kamal Kılıçdaroğlu, Baş Qərargah Rəisi Necdət Özəlin və digər rəsmilər Atatürkün məzarına əklil qoyacaqlar.
Samir