21 Fevral 2019 16:38
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Mançester şəhərində masaj salonunda “işləyən” fahişə qadınla mübahisə edən kişi müştərinin həyatı təhlükə qarşısında qalıb.

Teleqraf.com xəbər verir ki, müştərinin bu vəziyyətə düşməsi müəssisə sahibinin də mübahisəyə qatılmasından sonra baş verib.

Çətin durumda qalan kişi özünü xilas etmək üçün elə çılpaq formada pəncərədən qaçmağa çalışıb.

Alt mərtəbədəki restoranın damı üzərində qalan lüt kişini xilasedicilər düşürüblər.

Masaj salonunun fahişəxana kimi istifadə edildiyini deyən hal şahidləri mübahisənin qızışdığını gördükdən sonra Fövqaladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət ediblər.

Polis masaj salonundan qaçan kişini saxlayıb. Məsələ ilə əlaqədar araşdırma başlayıb. Lakin ilkin dindirilmədən sonra kişinin fahişə qadını təhdid etdiyi aydın olub.

Hadisənin izinə düşən “Ladybirds” qəzeti isə masaj salonu ilə bağlı ilginc faktlar əldə edib. Məlum olub ki, salonda çalışan qadınlar yarım saatlıq cinsi əlaqə üçün 50, 1 saatlıq cinsi əlaqə üçün isə 90 funt tələb edirlər.

Mübahisə də qiymət üstündə düşüb.


Müəllif: Mənsur Rəğbətoğlu