22 Fevral 2019 07:25
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 47 il azadlıqdan məhrum edilən məhkum məhkəmə salonunda vəkilini döyüb.

Teleqraf.com xəbər verir ki, David Chislton həyat yoldaşını girov götürdüyü və mənzilini yandırdığı üçün həbs olunub. Polislərin müdaxiləsindən sonra girov götürdüyü xanımı qaça bilib. Amma David Chisltonun hirsi soyumayıb. O, mənzilinə od vurub. Nəticədə yaşadığı binadakı 16 mənzil yanaraq külə dönüb.

Məhkəmə onu 17 il azadlıqdan məhrum edib. Hökm oxunduqdan sonra məhkum vəkilinə yumruq zərbəsi endirib. Vəkil döyülməsinə "çox əyləncəli idi", deyərək münasibət bildirib.

David Chislton həbsxanaya göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər