İraq Prezidenti Bəhram Salehi ilə Misir Prezidenti Əbdülfəttah Sisinin görüşündən yayılan fotoda İraq dövlət bayrağının olmaması Bağdada ciddi böhrana səbəb olub.
Teleqraf.com xəbər verir ki, İraqın prezident administrasiyası məsələyə heç bir münasibət bildirməyib.
Hazırda İraqda buna bayraq qalmaqalı yaşanır, siyasətçilər bundan danışırlar.
İraqın keçmiş baş naziri Heydər İbadinin mətbuat katibi Heydər Hamada bildirib ki, İbadi ilə Sisi arasında 2018-cui ilin 22 aprelində Qahirədə baş tutan görüş zamanı da Misir tərəfi baş nazirlə prezidentin eyni statusda olmamasını əsas gətirərək İraq bayrağının qəbul etməyib.
Lakin baş nazir Heydər İbadinin protokol şöbəsinin təkidindən sonra qarşı tərəf geri çəkilib və görüşün keçirildiyi otağa İraq dövlət bayrağı gətirilib.