“Məhkəmənin müstəqilliyi qədər, hətta ondan daha da əhəmiyyətli olan, məhkəmənin, məhkəmə qurumları və mühakimə mənsublarının obyektivliyidir”.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan “yeni” adlı il mesajında deyib.
O bildirib ki, siyasi, ideoloji, zümrə maraqları məhkəməyə hakim olsa, orada ədalətin təcəlli etməyəcəyi aydındır: “Demokratiya, insan hüquq və azadlıqları, xüsusən də ifadə azadlığı, məhkəmə sisteminin üzərində həssaslıqla durması lazım olan bir başqa əhəmiyyətli məsələdir. Yeni və Böyük Türkiyə ədliyyə və azadlıqlar üzərində yüksələcək".
Samir